Digər

Ukrayna buna görə Britaniyaya təşəkkür etdi

14 Jun 2026, 15:42 2 baxış
Ukrayna buna görə Britaniyaya təşəkkür etdi

Ukrayna Rusiyanın "kölgə donanması"na məxsus tankeri ələ keçirdiyinə görə Böyük Britaniyaya təşəkkür edib.


Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində yazıb.


“Rusiyanın “kölgə donanması” müharibə alətidir. Dayandırılan hər bir gəmi Rusiya hərbi maşını üçün daha az pul deməkdir. Bu gəlirin kəsilməsi Rusiyanın Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarə hücumlarını maliyyələşdirmək qabiliyyətini azaltmağa kömək edir", - Sibiqa bildirib.


Qeyd edək ki, bu gün Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiyanın “kölgə donanması”na məxsus neft tankerini ələ keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər