Digər

Tramp bu sammitdə Zelenski ilə görüşməyəcək

14 Jun 2026, 14:30 1 baxış
Tramp bu sammitdə Zelenski ilə görüşməyəcək

ABŞ Prezidenti Donald Tramp G7 sammitində Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş keçirməyi planlaşdırmır.


Axar.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.


“Ağ Ev rəhbəri G7 sammitində iştirak edəcək. Zelenski də sammitə dəvət olunub. Lakin Tramp sammit çərçivəsində onunla ikitərəfli görüş keçirmək niyyətində deyil.


ABŞ prezidenti Fransa Prezidenti Emmanuel Makronla, eləcə də Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Hindistan liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər