İdman
Çoxları Türkiyəyə məğlub olacağımızı düşünürdü - Popoviç
Türkiyə yığmasının çox istedadlı futbolçuları var.
Axar.azxəbər verir ki, bunu iyunun 14-də Türkiyəni 2:0 hesabı ilə məğlub edən Avstraliya yığmasının baş məşqçisi Toni Popoviç deyib.
"Çox istedadlı futbolçuları var, bütün matç boyu təhlükə yaradıblar. Onlara qarşı yaxşı müdafiə olunmalı idik, amma müəyyən bölgələrdə sıxışdıra biləcəyimizi hiss etdik və bu mövzuda uğurlu olduq", - o qeyd edib.
Popoviçin sözlərinə görə, əksəriyyət bu oyunun favoriti kimi Türkiyəni görürdü:
"Çox böyük bir əksəriyyət Türkiyəyə məğlub olacağımızı düşünürdü. Türkiyəyə qalib gəldiyimiz üçün komandada dəyişikliyin olduğunu deyə bilərəm. ABŞ ilə qarşılaşmaya hazırlaşmalıyıq".
Mənbə
axar.az