Digər

Britaniya Rusiya tankerini ələ keçirdi

14 Jun 2026, 12:08 25 baxış
Britaniya Rusiya tankerini ələ keçirdi

Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiyanın “kölgə donanması”na məxsus neft tankerini ələ keçirib.


Axar.az xəbər verir ki, bu barədə Britaniya Baş naziri Keyr Starmer X hesabında yazıb.


"Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən “kölgə donanması”nın neft tankerini ələ keçirmək əmri verdim. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur və Ukraynadakı müharibəni qidalandıranlara gizlənmələrinə imkan verməyəcəyimizi xatırladır", - Starmer bildirib.


Baş nazir ölkənin təhlükəsizliyini təmin edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

Mənbə axar.az

Oxşar Xəbərlər