İdman

Məğlub olan Türkiyə millisinin baş məşqçisi: "Əgər qol vura bilsəydik..."

14 Jun 2026, 11:12 2 baxış
Məğlub olan Türkiyə millisinin baş məşqçisi: "Əgər qol vura bilsəydik..."
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella komandasının 2026-cı il dünya çempionatının D qrupunun I turunda Avstraliya yığmasına 0:2 hesabı ilə məğlub olduğu oyunu şərh edib. Oxu.Az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb. "Matç taktiki baxımdan gözləntilərimizdən kənar keçmədi. Bilirdik ki, rəqib müdafiəyə çəkilərək fürsət gözləyəcək. Onlar əks-hücumlardan da səmərəli istifadə etdilər. İki qol buraxdıq və buna görə çox məyusuq. Meydanda komanda ruhunu nümayiş etdirdik, ürəyimizi ortaya qoyduq. Bu cür oynamağa davam etsək, istədiyimiz nəticələri əldə etməyə başlayacağıq. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik. Qol vurmaq üçün hər şeyi sınadıq, amma bunu bacarmadıq. Əgər qol vura bilsəydik, matç tamamilə fərqli məcrada inkişaf edə bilərdi", - deyə Montella bildirib. Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin II turunda iyunun 20-də Paraqvay, III turunda isə iyunun 26-da ABŞ yığması ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər