Digər
ABŞ qırıcısı qəzaya uğradı
ABŞ Silahlı Qüvvələrinin dəniz piyadaları korpusunun “F/A-18 Hornet” qırıcısı qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, qırıcı təlim uçuşu zamanı Vaşinqton ştatı üzərində qəzaya uğrayıb və nəticədə meşə yanğını baş verib.
Pilot katapult nəticəsində xilas ola bilib.
Mənbə
axar.az