Digər
Rusiyada kimya zavodu və neft bazası vuruldu
İyunun 14-də Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərinə PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Novomoskovskdakı “Azot” kimya zavoduna zərbələr endirilib. Nəticədə zaodun ərazisində yanğın baş verib.
Bundan başqa, Ukrayna ordusu Yaroslavl vilayətinin Kopayevo şəhərindəki “Temp” neft bazasına da zərbələr endirib.
Mənbə
axar.az