Digər

Rusiya kosmosda nüvə silahı yerləşdirə bilər - Xəbərdarlıq

14 Jun 2026, 10:16 3 baxış
Rusiya kosmosda nüvə silahı yerləşdirə bilər - Xəbərdarlıq

Rusiyanın kosmosa nüvə başlığı buraxmaq üçün texnologiya hazırladığını istisna etmək olmaz.


Axar.az xəbər verir ki, bunu Almaniya Kosmik Qüvvələrinin baş komandanı general-mayor Mixael Traut “Politiko”ya verdiyi müsahibədə bildirib.


Onun sözlərinə görə, kosmosda bu cür silahların istifadəsi peykləri iflic edə və orbitin bir hissəsini onilliklər boyu istifadəyə yararsız hala sala bilər.


Traut bildirib ki, son illərdə kosmosdakı təhdidlər GPS siqnalları və lazerlərə maneə törədilməsindən tutmuş peyklərə fiziki hücumlara qədər, əhəmiyyətli dərəcədə artıb.


O əlavə edib ki, aşağı səviyyədə elektromaqnit müdaxiləsi və lazer maneə törədilməsi artıq gündəlik reallıqdır.

Mənbə axar.az

Oxşar Xəbərlər