Digər
Latviyadan "məxfi həll": Dronlardan belə qorunacaq!
Latviya ölkə ərazisinə daxil olan PUA-lardan qorunmaq üçün "məxfi həll" tətbiq etmək qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs məlumat verib.
Bildirilib ki, yaxın vaxtlarda Latviyaya döyüş təcrübəsinə malik ukraynalı mütəxəssislərdən ibarət qrup gələcək. Onlar Latviyanın "dron divarındakı" boşluqları müəyyən edəcək və müdafiə sisteminin təkmilləşdirilməsinə kömək edəcək.
Bununla belə, həmin metodun dəqiq texniki detalları açıqlanmayıb.
Məlumata görə, yeni müdafiə texnologiyasının elanı Kulberqs və Ukrayna Prezidenti Vladimir Zelenskinin Tallində NB8 sammitində imzaladıqları tarixi hərbi əməkdaşlıq müqaviləsindən sonra verilib.
Mənbə
axar.az