İdman

DÇ-2026: Şotlandiyadan minimalhesablı qələbə

14 Jun 2026, 07:28 2 baxış
DÇ-2026: Şotlandiyadan minimalhesablı qələbə
2026-cı il futbol üzrə dünya çempionatının C qrupunun I turunda Haiti və Şotlandiya milliləri üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən "Gillette" stadionunda keçirilən oyunu Əlcəzairli hakim Mustafa Qorbal idarə edib. Qarşılaşma Şotlandiya yığmasının minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçın yeganə qolunu 29-cu dəqiqədə Şotlandiya millisinin yarımmüdafiəçisi Con Makginn vurub. O, cərimə meydançasının mərkəzindən etdiyi zərbə ilə hesabı açıb. C qrupunun digər komandaları Braziliya və Mərakeş milliləridir. Bu komandalar arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. II turda Şotlandiya millisi Mərakeşlə, Haiti yığması isə Braziliya ilə qarşılaşacaq. Hər iki oyun iyunun 20-nə təyin olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər