İdman

DÇ-2026: Braziliya millisi turnirə xal itkisi ilə başladı - VİDEO

14 Jun 2026, 04:12 3 baxış
DÇ-2026: Braziliya millisi turnirə xal itkisi ilə başladı - VİDEO
Futbol üzrə dünya çempionatında turnirin favoritlərindən hesab olunan Braziliya Mərakeşlə üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, Nyu-Cersi şəhərində keçirilən C qrupunun matçında qalib müəyyən olunmayıb - 1:1.
Afrika çempionlarının heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. "Sambaçılar"ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub. Qeyd edək ki, bu qrupun digər oyunu saat 05:00-da Haiti və Şotlandiya komandaları arasında keçiriləcək.
DÇ-2026: Braziliya millisi turnirə xal itkisi ilə başladı - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər