İdman

DÇ-2026: İsveçrə - Qətər görüşündə qalib müəyyən olunmadı - VİDEO

14 Jun 2026, 01:16 3 baxış
DÇ-2026: İsveçrə - Qətər görüşündə qalib müəyyən olunmadı - VİDEO
Futbol üzrə dünya çempionatında üçüncü oyun gününün ilk qarşılaşması başa çatıb. Oxu.Az xəbər verir ki, San-Fransiskoda keçirilən B qrupunun matçında İsveçrə Qətərlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub. Qeyd edək ki, bu qrupun Kanada - Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər