Digər
Ukrayna bu şəhərə rekord sayda zərbə endirdi
Ukrayna Silahlı Qüvvələri Rusiya Günündə (12 iyun) Enerqodar şəhərinə rekord sayda zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə şəhərin “meri” Maksim Puxov deyib.
“Məhz bu günü düşmən Enerqodar administrasiyasına rekord sayda zərbə endirmək üçün seçdi”, - deyə o bildirib.
Puxovun sözlərinə görə, binaya sutka ərzində 26 zərbə endirilib, növbəti gün isə şəhərin infrastruktru hədəf alınıb.
Qeyd edək ki, Ukraynanın Enerqodar şəhəri 2022-ci ilin mart ayından Rusiya qüvvələrinin nəzarətindədir.
Mənbə
axar.az