Digər

Ankarada leysan bir sıra fəsadlar törətdi

14 Jun 2026, 00:40 4 baxış
Ankarada leysan bir sıra fəsadlar törətdi

Türkiyənin paytaxtı Ankarada yağan güclü leysan fəsadlara səbəb olub.


Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.


Bildirilib ki, leysan nəticəsində bir neçə ərazidə torpaq sürüşmələri meydana gəlib. Bəzi yeraltı keçidləri, ev və iş yerlərini su basıb.


Bundan əlavə, yağışdan sonra Yenimahalle rayonunun Demetevlər səmtində əsas küçədə yol çöküb. Avtomobillərin hərəkətində ləngimələr yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər