Digər
Livana hücumlar: ölənlərin sayı 3756-ya yüksəldi
Livanda İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 3756-ya yüksəlib, 1632 nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda və şərqində Hizbullahın obyektlərinin yerləşdiyi yaşayış məntəqələrinə hücumları davam etdirir.
Vurğulanıb ki, son 48 saat ərzində həmin regionlarda 45 nəfər həlak olub və 149 şəxs yaralanıb.
Qeyd olunub ki, intensiv bombardmanlara məruz qalan Nəbatiyyə şəhərində və onun ətrafında xilasetmə işləri davam edir və günün sonuna qədər qurbanların və xəsarət alanların sayı arta bilər.
Mənbə
axar.az