Digər

Kennedi Mərkəzinin fasadından Trampın adı silindi

13 Jun 2026, 23:42 2 baxış
Kennedi Mərkəzinin fasadından Trampın adı silindi

Vaşinqtonun əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfa Sənətləri Mərkəzinin fasadından Prezident Donald Trampın adı götürülüb.


Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Bildirilir ki, iyunun 13-nə keçən gecə işçilər tikinti qurğuları vasitəsilə binanın fasadına qalxaraq orada yerləşdirilən hərfləri söküblər.


Hadisə yerinə toplaşan insanlar prosesi alqışlarla qarşılayıblar və Trampa qarşı şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.


Məlumata görə, ABŞ məhkəməsi mərkəzin adının dəyişdirilməsi ilə bağlı qərarın icrasını təxirə salmaqdan imtina edib və əvvəlki adın qaytarılmasına göstəriş verib. Bundan sonra kompleksdən Trampın adı rəsmi olaraq silinib.

Mənbə axar.az

Oxşar Xəbərlər