Digər
O film başlayanda bacılarım məni evdən qovurdu - Fədayə Laçın
"Qurdlar Vadisi" başlayanda bacılarım məni evdən qovurdular.
Axar.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın sosial şəbəkə hesabında yazıb.
Sənətçi uşaqlıq xatirələrini izləyiciləri ilə bölüşüb. O bildirib ki, seriallara baxanda ən kədərli məqamda güldüyü üçün bacıları onu evdən qovurmuş.
"Siz də ailə ilə oturub film izləyəndə ən ağlamalı yerində hamı ağlayarkən bir-bir onların sifətinə baxıb, qəfil gülürdünüz?" - deyə, F.Laçın izləyicilərinə sual ünvanlayıb.
Mənbə
axar.az