Digər

Spiker icazəsiz Tayvana getdi, ölkə qarışdı

13 Jun 2026, 22:28 4 baxış
Spiker icazəsiz Tayvana getdi, ölkə qarışdı

Çexiya hökuməti Tayvanın müstəqilliyini tanımayacaq.


Axar.az xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Petr Macinka parlamentin sədri Miloş Vistrçilin adaya səfərini şərh edərkən qeyd edib.


Nazir bildirib ki, Vistrçil Tayvana beş günlük səfər edib, ada rəhbərliyinin nümayəndələri ilə görüşlər aparıb. Çexiya mediasının məlumatına görə, səfər onun təşəbbüsü ilə və Çexiya Nazirlər Kabinetinin razılığı olmadan həyata keçirilib.


Digər tərəfdən, Çexiyadakı Çin səfirliyi spikerin səfərini "Çinin daxili işlərinə ciddi müdaxilə" kimi qiymətləndirib.


Məlumata görə, Macinka Çexiyanın Çinlə münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarı olduğunu bəyan edib.


O vurğulayıb ki, Çexiya AB üzv dövlətləri arasında Çinlə ən pis münasibətlərə malikdir.

Mənbə axar.az

Oxşar Xəbərlər