Digər

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - Video

13 Jun 2026, 21:30 1 baxış
UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - Video

Pentaqon daha əvvəl məxfiləşdirilmiş UNO (uçan naməlum obyekt) görüntülərinin olduğu məlumatların növbəti partiyasını yayımlayıb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, materiallar toplusunda videolar, fotoşəkillər və şahid ifadələri daxil edilib.


2025-ci ilin iyul ayına aid videolardan birində gecə səmasında hərəkət edən iki qırmızı kürəni görmək mümkündür. Pentaqonun açıqlamasında bildirilir ki, bu qeyri-adi hadisənin şahidi maşınını park edərkən öz evinin həyətində intensiv, parlaq işıq görüb.


Qeyd olunur ki, bu, ABŞ Prezidenti Donald Trampın əmri ilə məxfilikdən çıxarılan UNO sənədlərinin son partiyasıdır. Genişmiqyaslı qurumlararası layihədə Ağ Ev, Milli Kəşfiyyat direktorunun idarəsi, Energetika Nazirliyi, Federal Təhqiqatlar Bürosu (FTB) və NASA iştirak ediblər.


Xatırladaq ki, Donald Tramp bu ilin aprel ayında UNO barədə məlumatları açıqlamaq niyyətini bəyan etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər