Digər

Razılaşma Netanyahuya zərbə olacaq - Axios

13 Jun 2026, 21:39 1 baxış
Razılaşma Netanyahuya zərbə olacaq - Axios

İsrail rəsmiləri ABŞ-İran sazişinin mümkün yekunlaşdırılmasına son dərəcə şübhə ilə yanaşırlar. Çünki onun imzalanması İsrailin Baş naziri Benyamin Netanyahuya zərbə ola bilər.


Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.


Portal mənbəyə istinadən bildirib ki, Bibi (Netanyahu) razılaşmanın baş tutacağını və onun qarşısını ala bilməyəcəyini başa düşüb.


Portalın məlumatına görə, Netanyahunun rəqibləri onu ABŞ Prezidenti Donald Trampın İranla münaqişəyə son qoymaq üçün qoyduğu şərtlərə razılaşması səbəbindən ölkəni "vassal dövlətə" çevirməkdə ittiham edirlər. Nəticədə, Netanyahunun bəyan etdiyi məqsədlərə çatmadan saziş imzalamaq ona ciddi strateji və siyasi zərbə olardı.


Bildirilib ki, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampı açıq şəkildə tənqid etməkdən yayınmağa çalışırlar, lakin qarşıdan gələn razılaşmaya, o cümlədən İsrailin Livandakı hərəkətlərini məhdudlaşdıracağı ilə bağlı məsələlərə şübhə ilə yanaşırlar.


Qeyd edilib ki, amerikalılar Yaxın Şərqdəki həmkarlarını sakitləşdirməyə çalışırlar və ümid edirlər ki, razılaşmanın tam şərtlərini öyrəndikdən sonra fikirlərini dəyişəcəklər.

Mənbə axar.az

Oxşar Xəbərlər