Digər
Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram...
CHP-dən xaric edilməsi tələb olunan və TBMM-də qrup başqan vəkili vəzifəsi ləğv edilən Əli Mahir Başarır partiya sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
O, Kılıçdaroğlunun artıq sağlam düşünmədiyini iddia edib:
“Siz bu partiyada 13 il xidmət etmisiniz. Sizi görməyə gələn jurnalistlər var. Onlara dediklərinizin bəziləri həqiqətdən uzaqdır. Məsələn, deyir ki, mən partiyanı təmizləyəcəyəm, bəzi dostlar qurultayla bağlı pul payladılar. Bunu mənəmi deyir? Bunu üzümə deyə bilməz, başına oyun açaram. Adamdakı ağıla baxın. Buradan onun ailəsinə səslənirəm. Atanıza yaxşı baxın, çünki o, bəzi şeyləri idrak edə bilmir”.
Mənbə
axar.az