Digər

"Krokus" terrorçularına yardım edən daha 1 nəfər saxlanıldı - Foto

13 Jun 2026, 15:39 2 baxış
"Krokus" terrorçularına yardım edən daha 1 nəfər saxlanıldı - Foto

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və İstintaq Komitəsinin (İK) əməkdaşları tərəfindən ölkə ərazisində qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan "Batal-Hacı Belxoroyev" dini cərəyanının silahlı qanadının fəal üzvü ələ keçirilib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin İnquşetiya üzrə istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, respublikanın 54 yaşlı sakininə qarşı terror fəaliyyətinə kömək etmə maddəsi ilə cinayət işi başlanıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında Rusiyada qadağan olunmuş terror qruplaşmasının üzvü olaraq, axtarışda olan yerli sakinlərə yardım göstərib. Saxlanılan Həsən Altemirov əslində "Krokus Siti Holl"a hücum edən terrorçularla əlbir olub.


Məhz, o, qruplaşma rəhbərlərinin göstərişi ilə axtarışda olan ən azı üç "Batal-Hacı" dini cərəyan üzvünü saxta pasportlarla təmin edib. Müstəntiqlər onların arasında konsert zalına hücumda iştirak edən terrorçuları silahlandıran Batır Kulayevin adını xüsusi vurğulayırlar. Kulayev Altemirov ona verilən saxta sənəddən istifadə edərək xaricə qaçıb və hazırda da axtarışdadır. İstintaq Komitəsindən bildirilib ki, sözügedən şəxs əvvəllər də digər cinayət əməllərinə görə şübhəli bilinərək saxlanılıb.


Altemirov barəsində həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, terror aktı 2024-cü ilin martında baş verib. Silahlı terrorçular "Piknik" qrupunun çıxışından əvvəl konsert zalına daxil olaraq tamaşaçılara atəş açıblar. Hadisə nəticəsində 600-dən çox insan xəsarət alıb, 149 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb. Dəyən maddi ziyanın təxminən altı milyard rubl olduğu qiymətləndirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər