İdman

İran milli komandasının Meksikadakı məşq bazasının yaxınlığında üzərində zorakılıq əlamətləri olan cəsəd tapıldı

13 Jun 2026, 13:00 4 baxış
İran milli komandasının Meksikadakı məşq bazasının yaxınlığında üzərində zorakılıq əlamətləri olan cəsəd tapıldı
Meksikanın Tixuana şəhərində yerləşən İran milli komandasının təlim-məşq bazası stadionunun yaxınlığında çürümüş cəsəd tapılıb. Bu barədə Oxu.Az AFP-yə istinadən məlumat verir. Mənbənin məlumatına görə, qara torbaya bükülmüş cəsədin üzərində zorakılıq əlamətləri olub. Qeyd edək ki, futbol üzrə 2026-cı Dünya Çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. İran Misir, Belçika və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər