Digər

Dinozavr dərisindən hazırlanmış çanta hərraca çıxarıldı - Foto

13 Jun 2026, 12:05 3 baxış
Dinozavr dərisindən hazırlanmış çanta hərraca çıxarıldı - Foto

Parisdə biotexnologiyalar vasitəsilə dünyanın ilk həqiqi dinozavr dərisindən hazırlanmış dizayner çantası yaradılıb. Qiyməti 500 min avroya qədər dəyərləndirilən bu unikal aksesuar ictimaiyyətə bu ilin əvvəlində Amsterdamda təqdim olunub.


Axar.az xəbər verir ki, tünd firuzəyi rəngdə olan və ölçüləri 16x28 santimetr təşkil edən çantanın hazırlanması üçün mütəxəssislər kollagen zülalının qalıqlarından istifadə ediblər. Həmin qalıqlar 25 il əvvəl ABŞ-ın Montana ştatında aşkar edilmiş dinozavr bud sümüyündən əldə olunub.


Paleontoloq Yakopo Briyanonun sözlərinə görə, müasir hüceyrə kulturası üsulları 67 milyon il əvvəl nəsli kəsilmiş heyvanın autentik dərisinin laboratoriyada yetişdirilməsinə imkan verib.


Səs-küylü təqdima baxmayaraq, iyunun 11-də Parisdəki “Drouot” hərrac evində keçirilən satış uğursuzluqla nəticələnib. Dinozavr dərisindən hazırlanmış çanta satılmayıb, çünki yekun təkliflər təşkilatçıların gözləntilərini doğrultmayıb.


Hərrac zamanı unikal aksessuar üçün verilən ən yüksək təklif 150 min avro olub. Bu məbləğ müəyyən edilmiş 300 min avroluq minimum qiymətdən iki dəfə aşağı olduğuna görə çanta satışdan çıxarılıb və sahiblərində qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər