Digər
Türkiyədən irəlidə, Gürcüstandan geridə: Fəlakətdir, yoxsa başlanğıc nöqtəsi? - FOTO
Süni intellektdən istifadəyə dair ölkələrin reytinqində Azərbaycan 62-ci yerdə qərarlaşıb. Ekspertlər bunu sözügedən sahədə başlanğıc nöqtəsi kimi qəbul edirlər. Hədəf isə daha böyükdür. 2026-cı ilin ilk rübü üzrə süni intellektdən (Sİ) istifadəyə dair ölkələrin reytinqi açıqlanıb. Reytinqdə Azərbaycan 17.7 faiz göstərici ilə 62-ci yerdə qərarlaşıb. Gürcüstan 20.5 faizlə 54-cü, Türkiyə 17.4 faizlə 65-ci, Qazaxıstan 15.9 faizlə 70-ci pillədə yer alıb. Reytinqə liderliyi isə Birləşmiş Ərəb Əmirlikləri edir. Belə ki, ölkədə əmək qabiliyyətli əhalinin 70.1 faizi süni intellektdən aktiv istifadə edir. Bəs bu nəticə Azərbaycanın süni intellektdən istifadə səviyyəsi barədə nə deyir? Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Nə fəlakətdir, nə də qənaətbəxş..." Kibertəhlükəsizlik və süni intellekt üzrə ekspert Azər Əlili "Kaspi"yə açıqlamasında bildirdi ki, reytinqdəki 62-ci mövqe nə fəlakətdir, nə də qənaətbəxşdir. Bu, start mövqeyidir və ölkəmizin obyektiv reallığını əks etdirir: "Azərbaycan regional rəqibləri ilə müqayisədə Türkiyə və Qazaxıstandan irəlidə, Gürcüstandan isə cüzi geridədir. Liderlik edən BƏƏ-də bu göstərici 70.1%, Sinqapurda 63.4%-dir. Bu ölkələr son 10 ildə süni intellekti milli prioritet elan ediblər. Azərbaycan milli süni intellekt strategiyasını yalnız 2025-ci ilin martında təsdiqlədi. Yəni biz ilk rüb göstəricisini strategiyanın icrasının cəmi bir neçə ayında ölçürük. Hər hansı dövlət siyasətinin əmək bazarına və istifadə mədəniyyətinə təsiri 18-24 ay ərzində özünü göstərir. Bu kontekstdə 17.7% göstəricisi real başlanğıc nöqtəsidir".
Süni intellektin inkişafı üçün beş əsas istiqamət Mütəxəssis bildirir ki, daha yüksək mövqeyə çıxmaq üçün beş istiqamətdə paralel iş aparılmalıdır: "Birincisi, kütləvi maarifləndirmə və savadlılıqdır. Süni intellekt yalnız İT mütəxəssislərinin alətinə deyil, müəllimin, həkimin, mühasibin, kiçik biznes sahibinin gündəlik alətinə çevrilməlidir. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyətə başlamış "AI Academy" xüsusi əhəmiyyət daşıyır. Akademiya tam təqaüd əsasında işləyir. Strategiyaya əsasən 500 dövlət mühəndisi və 3000 nəfərlik milli süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir. İkincisi, Azərbaycan dilində Təbii Dil Emalı (NLP) modelləridir. Bu, kritik məsələdir. Beynəlxalq modellər Azərbaycan dilini hələ tam yetərincə dəstəkləmir. Strategiyada bu nöqtə xüsusi vurğulanıb və Milli Süni İntellekt Mərkəzi bu istiqamətdə fəal işləyir. Üçüncüsü, nazirliklərdə süni intellekt məsuliyyətidir. Prezidentin təsdiqlədiyi Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Tədbirlər Planına əsasən, hər nazirlikdə rəqəmsallaşma, innovasiya və süni intellekt üzrə nazir müavini təyin olunacaq. Bu, dünyada nadir tətbiq olunan və institusional səviyyədə süni intellektə sahiblik yaradan addımdır. Dördüncüsü, özəl sektor üçün stimullardır. Texnologiya parklarında Sİ istehsalının genişləndirilməsi, startaplara və KOB-lara maliyyə güzəştləri nəzərdə tutulur. Beşincisi isə, beynəlxalq inteqrasiyadır. 2026-cı il fevralın 10-da imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt və rəqəmsal infrastruktur açıq şəkildə əməkdaşlığın əsas sütunlarından biri kimi göstərilib. BƏƏ-nin "Presight" şirkəti ilə imzalanmış Anlaşma Memorandumu da bu istiqamətdə mühüm addımdır".
"Hazırda çətinlik texnologiya ilə bağlı deyil" A.Əlili deyir ki, hazırda əsas çətinliklər mədəniyyət və adaptasiya tempi ilə bağlıdır: "Texnoloji infrastruktur baxımından Azərbaycan son illərdə çox ciddi sıçrayış edib. "Online Azerbaijan" layihəsi çərçivəsində ölkə üzrə orta internet sürəti 12 Mbit/saniyədən 90 Mbit/saniyəyə qalxıb, dövlət qurumlarında bu göstərici 150 Mbit/saniyəyə çatıb və ilin sonuna 200 Mbit/saniyə hədəflənir. Hökumətin Süni İntellektə Hazırlıq İndeksində Azərbaycan bir ildə 41 pillə irəliləyib. Bu, dünya təcrübəsində nadir göstəricidir. Yəni infrastruktur, qanunvericilik bazası, dövlət iradəsi mövcuddur. Çatışmayan element gündəlik istifadə vərdişidir. Şirkət rəhbərləri, orta menecerlər, kiçik biznes sahibləri süni intellekti hələ də "İT mövzusu" kimi qəbul edirlər, ekzosistemik alət kimi yox. Bunu dəyişdirmək üçün texnoloji deyil, psixoloji və təhsil səviyyəsində iş aparılmalıdır. İkinci məsələ isə kibertəhlükəsizlik mədəniyyətidir. Süni intellektdən sürətlə istifadə etmək istəyən təşkilatlar çox vaxt məlumat qorunması, model risklərinin idarə edilməsi və nəzarətsiz istifadə məsələlərini gec dərk edirlər. Kibertəhlükəsizlik və süni intellektin tətbiqi ayrılmaz iki istiqamət kimi paralel inkişaf etdirilməlidir". "Azərbaycan bu göstəricini 25-30% diapazonuna çatdıra bilər" "Qısa müddətdə Azərbaycanın bu reytinqdə yüksəlməsi realdırmı?" sualına gəldikdə isə, mütəxəssis bildirdi ki, bu, mümkündür: "Qısa müddətdə (12-18 ay) Azərbaycan göstəricini 25-30% diapazonuna çatdıra bilər. Orta müddətdə (3-4 il) isə strategiyanın hədəfləri tam yerinə yetirilərsə 40%-dən yuxarı göstərici və 30-35-ci yerlər diapazonu real hədəfdir. Dövlət tərəfindən siyasi iradə, hüquqi baza və institusional çərçivə təmin edilib. İndi növbə cəmiyyət, biznes və təhsil sisteminindir".
"Milli Data Strategiyası" qəbul edilməlidir" Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov deyir ki, mövcud infrastruktur və startap ekosisteminin hazırkı inkişaf dinamikasını nəzərə alsaq, bu nəticə rəqəmsal transformasiya üçün başlanğıc platforması hesab oluna bilər. Lakin ölkənin iqtisadi potensialı və regional liderlik hədəfləri baxımından qaneedici səviyyə deyil: "Qlobal rəqabətdə və intellektual resursların ixracı strategiyasında ilk əllilikdə (Top-50) yer almamaq, innovasiya tutumlu sahələrin iqtisadiyyatdakı payının və çevikliyinin hələ də qlobal trendlərin tempindən geri qaldığını göstərir. Daha üst sıralara yüksəlmək üçün ilk növbədə böyük verilənlərin təhlükəsiz emalını tənzimləyən "Milli Data Strategiyası" qəbul edilməli, milli dil modellərinin (LLM) yaradılması üçün infrastruktur qurulmalı və təhsil sistemində data analitikası sahəsi sənaye tətbiqli layihələrlə yenidən formalaşdırılmalıdır. Bununla paralel olaraq, süni intellektyönümlü yerli texnoloji həllərə və rəqəmsal xidmət ixracatçılarına xüsusi vergi-gömrük güzəştlərinin tətbiq edilməsi, həmçinin dövlət-özəl tərəfdaşlığı modellərinin stimullaşdırılması kəskin sıçrayışı təmin edəcək əsas hərəkətverici mexanizmlərdir". E.Abbasov bildirir ki, süni intellekt sahəsi yüksək rəqəmsal çeviklik tələb etdiyindən, hədəflənmiş institusional islahatlarla yaxın 1-2 il ərzində reytinqdə 20-30 pillə irəliləmək tamamilə realdır: "Lakin bunun qarşısındakı ən böyük problemlər mərkəzləşdirilmiş idarəetmənin zəifliyi, maliyyə qrantlarının yetərsizliyi və dövlət-özəl-akademiya üçbucağında koordinasiya çatışmazlığıdır. Sadəcə xarici texnologiyanı idxal etmək yerinə, yerli rəqəmsal həlləri təşviq edən inteqrasiyalı "Milli Süni İntellekt Ekosistemi" qurulmadığı müddətcə davamlı inkişafa nail olmaq çətin olacaq".

Mənbə
oxu.az