Şou biznes

Ariana Qrande Donald Tramp administrasiyasına sərt etiraz edib

13 Jun 2026, 06:00 3 baxış
Ariana Qrande Donald Tramp administrasiyasına sərt etiraz edib
ABŞ-li pop-ulduz Ariana Qrande ABŞ Prezidenti Donald Trampın administrasiyasından onun musiqi əsərlərinin antimiqrasiya siyasətinin təbliğində istifadəsini dayandırmağı tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, bu həftə ərzində Ağ Ev "TikTok" platformasında Birləşmiş Ştatların miqrasiya siyasətini əks etdirən videoçarx paylaşıb. Kadrlarda ABŞ-nin Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarının şəxsləri saxlayaraq onlara qandal vurduğu əks olunub. Videoya fon musiqisi olaraq Qrandenin "Bye" ("Əlvida") adlı mahnısı seçilib. Müğənni məsələyə sərt reaksiya verib: "Xahiş edirəm, mənim musiqimi bir daha bu vəhşi, qeyri-insani və iyrənc cəfəngiyat üçün istifadə etməyin". Ağ Evin rəsmi nümayəndəsi Ebiqeyl Cekson da Qrandenin sözlərinə münasibət bildirib: "Əsl vəhşilik, qeyri-insani və iyrənc hərəkətlər günahsız Amerika vətəndaşlarına zərər vuran və onları qətlə yetirən qeyri-qanuni miqrantların cinayətkar əməlləridir". İfaçya yaxın mənbənin sözlərinə görə, onun komandası mahnının Ağ Evin hazırladığı videoçarxdan ən qısa müddətdə silinməsi yollarını araşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər