Ermənistandan Rusiya ilə bağlı açıqlama...
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Moskva ilə İrəvan arasında yaranan problemlərin dialoq yolu ilə həll edilə biləcəyi fikrini bildirib.
Axar.az xəbər verir ki, o, bu açıqlamanı Rusiya Günü münasibətilə İrəvanda keçirilən qəbulda verib.
“Ümid edirik ki, mövcud məsələlər və fikir ayrılıqları açıq dialoq yolu ilə uğurla həll olunacaq və Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər qarşılıqlı anlaşma ruhunda inkişaf etməyə davam edəcək”, – deyə siyasətçi qeyd edib.
Qriqoryan həmçinin əlavə edib ki, Rusiya qlobal siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə əsas yer tutur.
O, Moskva ilə İrəvan arasında toplanmış əməkdaşlıq təcrübəsinin beynəlxalq münasibətlərin konfiqurasiyasından asılı olmayaraq qorunub saxlanılması vacib olan uzunmüddətli, fundamental və dəyərli bir sərvət olduğunu vurğulayıb.