Digər

Texasda kütləvi atışma: 1 ölü, 10 yaralı

12 Jun 2026, 23:35 5 baxış
Texasda kütləvi atışma: 1 ölü, 10 yaralı

ABŞ-ın Texas ştatının Midlend şəhərində kütləvi atışma nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər yaralanıb.


Axar.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.


Hadisənin Uest-Uoll-stritdə 4600-cü məhəllədə yerləşən binada baş verdiyi ehtimal edilir.


Atəş açan şəxs zərərsizləşdirilib.


Rəsmilər hələlik şübhəli şəxs və hücumun mümkün motivləri barədə məlumat açıqlamırlar.

Mənbə axar.az

Oxşar Xəbərlər