Digər
İran buna görə pul almayacaq - Vens
ABŞ-la razılaşma, yaxud danışıqlarda iştirakdan dolayı İran heç bir pul almayacaq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens X səhifəsində yazıb.
“Sadəcə müqavilə imzalanmasına, yaxud danışıqlarda iştiraka görə iranlılar pul almayacaq, vəsait ayrılmayacaq. Saziş elə qurulub ki, ABŞ və müttəfiqlərinin maraqları prioritetləşdirilir”, - deyə o bildirib.
Mənbə
axar.az