Digər

Seçkilər yenidən keçirilsin - Karapetyan

12 Jun 2026, 16:57 22 baxış
Seçkilər yenidən keçirilsin - Karapetyan

Biz Baş nazir Nikol Paşinyanın hakimiyyətdən qanuni yolla uzaqlaşdırılması üçün əlimizdən gələni edəcəyik.


Axar.az xəbər verir ki, bunu rusiyalı oliqarx, Güclü Ermənistan Partiyasının sədri Samvel Karapetyan jurnalistlərə bildirib.


“Hazırda Mərkəzi Seçki Komissiyasına müraciət etmişik ki, öz səhvlərini düzəltsin. Əks halda, Konstitusiya Məhkəməsinə müraciət edəcəyik.


Biz iki variant təklif edirik: ya yeni seçkilər keçirilsin, ya da ikinci tur təyin olunsun. Hansı variant seçilərsə, onu da qəbul edəcəyik”, - Karapetyan bildirib.


Qeyd edək ki, 7 iyunda baş tutan parlament seçkilərində Baş nazir Nikol Paşinyanın Mülki Müqavilə Partiyası 49,82 faiz səslə qalib gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər