Digər

Rusiya sosial partlayışın astanasındadır - Marxayev

12 Jun 2026, 13:54 28 baxış
Rusiya sosial partlayışın astanasındadır - Marxayev

İllüziya vaxtı keçib, Rusiya sosial partlayışın astanasındadır və bunun məsuliyyəti hökumətin üzərinə düşəcək.


Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Kommunistb Partiyasından olan deputatı Vyaçeslav Marxayev deyib.


Onun sözlərinə Rusiyaya “xüsusi hərbi əməliyyat”ı bitirmək üçün plan lazımdır, çünki ölkə sosial partlayışın astanasındadır:


“25 il ərzində tariflər 366% artıb və mənzil-kommunal xidmətlər sektoru əhalinin pulunu almaq üçün bir vasitəyə çevrilib. Rusiyalı milyarderlərin sayı 2026-cı ildə rekord həddə - 155-ə çatıb və onların ümumi sərvəti təxminən 700 milyard dollar təşkil edir. Pulların əksəriyyəti də 1990-cı illərdən qalma metodlarla toplanıb. Xarici düşmən Rusiyaya hücum etsəydi, nə edərdi? O, resursları mənimsəyəcək, sənayeni talan edəcək, tarifləri artıracaq və özlərinə malikanələr tikəcəkdi. Lakin bu işğal heç vaxt baş vermədi, hökumət bunu istənilən təcavüzkardan daha effektiv şəkildə özü həll etdi".

Mənbə axar.az

Oxşar Xəbərlər