Digər

Ukrayna Rusiyanı yandırmaq üçün əlavə 20 milyard istəyir

12 Jun 2026, 12:45 32 baxış
Ukrayna Rusiyanı yandırmaq üçün əlavə 20 milyard istəyir

Ukrayna döyüş meydanındakı üstünlüyünü möhkəmləndirmək üçün müttəfiqlərindən əlavə 20 milyard dollar istəyir.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb.


“Hər kəs Rusiyanın yandığını görür və biz onun daha güclü yanmasını istəyirik, amma bunun üçün maliyyələşdirməyə ehtiyacımız var”, - rəsmi bildirib.


Məlumata görə, yeni sorğu iyunun 18-də Ramştayn formatında keçiriləcək görüşdə rəsmi olaraq elan ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər