Digər

Məşhur narkokartel lideri prezidentə müraciət yolladı

12 Jun 2026, 11:48 29 baxış
Məşhur narkokartel lideri prezidentə müraciət yolladı

Məşhur “Sinaloa” narkokartelinin lideri, "El Çapo" ləqəbli Xoakin Quzman Meksika Prezidenti Klaudiya Şeynbaumdan onu vətəninə - Meksikaya deportasiya etməsini istəyib.


Axar.az xəbər verir ki, bu abrədə Meksika mətbuatı məlumat yayıb.


Məlumata görə, Quzman məhkəməsini ədalətsiz adlandırıb və bildirib ki, Meksikada mütəşəkkil cinayətkarlıqla əlaqəli zorakılığa görə məsuliyyəti Meksika hökuməti daşıyır.


Qeyd edək ki, Quzman 2019-cu ildə narkotik qaçaqmalçılığına görə ABŞ-da ömürlük həbs cəzasına məhkum edilib və hazırda Kolorado ştatının Florensiya şəhərindəki ən yüksək təhlükəsizlikli həbsxanada saxlanılır.


“Sinaloa” dünyanın ən böyük narkokartellərindən biri hesab olunur. Qeyri-rəsmi məlumatlara görə, “El Çapo” 14 milyard dollarlıq sərvətə malikdir.

Mənbə axar.az

Oxşar Xəbərlər