Digər

Netanyahu Trampla danışdı: İrana görə təşəkkür etdi

12 Jun 2026, 01:24 28 baxış
Netanyahu Trampla danışdı: İrana görə təşəkkür etdi

İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, Netanyahu İranla yekun razılaşmaya zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması və Tehranın raket istehsalına məhdudiyyətlər qoyulması ilə bağlı müddəaların daxil edilməsi vədinə görə təşəkkür edib.


Qeyd edək ki, daha öncə Tramp İranla böyük razılaşma əldə etdiklərinə dair məlumat yayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər