Digər
İran İlon Maskın şirkətlərinə zərbə endirmək istəyir
İran Yaxın Şərqdə amerikalı iş adamı İlon Maskın nəzarəti altında fəaliyyət göstərən şirkətləri hədəf almağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb ABŞ və İsrail ordusunun İrana hücumlarda “Stralink” də daxil olmaqla, İlon Maska məxsus şirkətlərdən dəstək alması olub.
Məlumata görə, “Starlink”in İsraildəki stansiyası, Qətər, İordaniya, BƏƏ və Omanda yerləşən obyektlər İranın hərbi hədəf siyahısına əlavə ediləcək.
Mənbə
axar.az