Digər

Türkiyə ilə dəmir yolu... - Paşinyanın arzuları

11 Jun 2026, 15:11 17 baxış
Türkiyə ilə dəmir yolu... - Paşinyanın arzuları

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqəsinin yaxın zamanda bərpa olunacağına ümid etdiyini bildirib.


Axar.az xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında çıxışı zamanı danışıb.


"Axalkalaki-Qars dəmir yolunun hər iki xətti fəaliyyətdədir. Mən bu məsələni Gürcüstanın baş naziri ilə müzakirə etdim və o, bizə hər iki istiqamətdə heç bir problem olmayacağına əminlik verdi. Biz bunu Türkiyə prezidenti ilə də müzakirə etdik və o, bu istiqamətlərin açıq olduğunu təsdiqlədi. Ümid edirik ki, Ermənistandan Türkiyəyə gedən dəmir yolu da ən qısa zamanda istifadəyə veriləcək, üstəlik, TRİPP layihəsi çərçivəsində imkanlar əhəmiyyətli dərəcədə artacaq", - Paşinyan bildirib.


Qeyd edək ki, Paşinyan mayın 24-də Axalkalaki-Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıq olduğunu açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər