Digər

Oman sahillərində neft tankeri yandı

11 Jun 2026, 12:57 16 baxış
Oman sahillərində neft tankeri yandı

Omanın Şinas limanı yaxınlığında Qvineya-Bisau bayrağı altında üzən “Jalveer” tankerində yanğın baş verib.


Axar.az xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb.


Yanğının tankerin maşın bölməsində baş verdiyi bildirilir.


Məlumata görə, Oman hakimiyyəti tankerdə olan 20 nəfərlik heyətin təxliyəsini həyata keçirir.

Mənbə axar.az

Oxşar Xəbərlər