Digər

Qulu Ağsəs: Niyə “Saat 6-nı gözləyirəm”?

11 Jun 2026, 13:16 38 baxış
Qulu Ağsəs: Niyə “Saat 6-nı gözləyirəm”?

İyunun 10-da “Litera” kitab evində müasir Azərbaycan ədəbiyyatının tanınmış siması, yazıçı-şair Qulu Ağsəsin “MİMTA Yayımları” tərəfindən nəşr olunmuş “Saat 6-nı gözləyirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutub.


Kult.az xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyatşünaslar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və kitabsevərlər iştirak ediblər.


Tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili, yazıçı Aqil Abbas, ədəbiyyatşünas Məti Osmanoğlu və s. çıxış edib.


Çıxışçılar Qulu Ağsəsin özünəməxsus yaradıcılıq üslubuna, bədii dilinin dərinliyinə və yeni nəşrin müasir ədəbi mühitdəki önəmli mövqeyinə diqqət çəkiblər.


Qulu Ağsəs bildirib ki, kitabın adı 2020-ci il Vətən müharibəsi dövründə yaşanan hisslərdən qaynaqlanır. O, həmin günlərdə hər zaman səhər saat 6-da qələbə xəbəri eşidəcəyimizə inandığını, bunu tez-tez dilə gətirdiyini və məhz buna görə də kitabı “Saat 6-nı gözləyirəm” adlandırdığını vurğulayıb.


Qeyd edək ki, “Saat 6-nı gözləyirəm” kitabı artıq “Litera” kitab evi və şəhərin digər kitab mağazalarında oxucuların ixtiyarına verilib.

Mənbə axar.az

Oxşar Xəbərlər