Digər

CHP Şurasının 28 üzvü istefa verdi - Qurultay olacaq

11 Jun 2026, 13:51 25 baxış
CHP Şurasının 28 üzvü istefa verdi - Qurultay olacaq

CHP-də keçmiş partiya sədri Özgür Özələ yaxın şəxslər Partiya Şurasından çıxmaq qərarına gəlib.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


"Mütləq etibarsızlıq” (Qanunun əsas tələbləri kobud şəkildə pozularaq bağlanan və heç bir hüquqi nəticə yaratmayan müqavilə və ya saziş növüdür – red.) qərarı ilə bərpa edilən Partiya Şurasının 57 üzvündən 28-i istefa verib.


Partiya Nizamnaməsinə görə, Partiya Şurasının üzvlərinin sayı üzvlərin ümumi sayının 2/3-dən (40) az olarsa, 45 gün ərzində partiyanın qurultayı keçirilməlidir.


Qeyd edək ki, məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər