Digər
Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı
Rusiyanın Kuybışev neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində iki əsas xammal emalı qurğusu sıradan çıxarılıb.
Qeyd edək ki, Kuybışev neft emalı zavodu “Rosneft” şirkətinə daxildir və Samara vilayətində ən böyük neft emalı zavodlarından biridir.
Mənbə
axar.az