Digər

Ukrayna ordusu Krım istiqamətindəki 4 körpünü vurdu

11 Jun 2026, 11:55 28 baxış
Ukrayna ordusu Krım istiqamətindəki 4 körpünü vurdu

Ukrayna ordusu materik hissəni Krımla birləşdirən dörd körpüyə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.


Məlumata görə, Şimal-Krım kanalı boyunca Preobrajenka və Mirnaya rayonları ərazisində iki körpü, Perekop-Armyansk istiqamətindəki avtomobil körpüsü, eləcə də Stavki yaşayış məntəqəsindəki körpü vurulub.


Qeyd edək ki, Ukrayna ordusunun zərbələri nəticəsində Xerson vilayətinin Çonqar rayonundakı körpü tamamilə dağıdılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər