Digər
Rusiya bir gecədə 330 PUA vurdu
Gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri ölkə üzərində Ukraynaya məxsus 330 ədəd PUA vurub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Bryansk, Kursk, Belqorod, Oryol, Smolensk, Kaluqa, Tula, Tver, Vladimir, Krasnodar, Moskva, Krım, Qara və Azov dənizləri üzərində vurulub.
Mənbə
axar.az