İdman
Dünya çempionatı START GÖTÜRÜR: Açılış matçında Meksika CAR-la üz-üzə
Bu gün milyonların səbirsizliklə gözlədiyi futbol üzrə dünya çempionatına start verilir. Oxu.Az-ın məlumatına görə, sayca 23-cü dəfə təşkil olunacaq mundialın açılış qarşılaşmasında ev sahibi olan Meksika millisi Cənubi Afrika yığması ilə üz-üzə gələcək. A qrupu çərçivəsində baş tutacaq ilk mübarizə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Mexiko Siti" stadionunda keçiriləcək bu matçın ədalət təmsilçisi braziliyalı hakim Vilton Sampayo olacaq. Qrupun digər duelində isə Cənubi Koreya və Çexiya yığmaları güclərini sınayacaqlar. "Estadio Akron" arenasında oynanılacaq görüşə Bakı vaxtı ilə saat 06:00-da start veriləcək. Dünya çempionatı A qrupu I tur 11 iyun 23:00. Meksika - Cənubi Afrika "Mexiko Siti" stadionu 12 iyun 06:00. Cənubi Koreya - Çexiya "Estadio Akron" stadionu Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə
oxu.az