Digər

Tramp İranla bağlı təcili iclas keçirdi

11 Jun 2026, 01:44 32 baxış
Tramp İranla bağlı təcili iclas keçirdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə milli təhlükəsizlik komandası ilə təcili iclas keçirib.


Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.


Məlumata görə, iclasda İranla artan gərginlik, son zərbələr və növbəti addımlar barədə müzakirələr aparılıb.


Qeyd olunur ki, Tramp nüvə sazişi ilə bağlı danışıqların uzanmasından narazıdır və İranın ABŞ-ı vaxtı uzatmaqla aldatdığını düşünür.

Mənbə axar.az

Oxşar Xəbərlər