İdman

Andrea Boçelli DÇ-2026-nın açılış mərasimində çıxış edəcək

10 Jun 2026, 23:00 13 baxış
Andrea Boçelli DÇ-2026-nın açılış mərasimində çıxış edəcək
İtaliyalı opera müğənnisi Andrea Boçelli futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimində çıxış edəcək. Oxu.Az xəbər verir ki, bu barədə FIFA sosial şəbəkədə məlumat yayıb. Açılış oyunu iyunun 11-də Meksikanın paytaxtı Mexikonun "Asteka" stadionunda keçiriləcək. Qarşılaşmada Meksika və Cənubi Afrika Respublikası milli komandaları üz-üzə gələcəklər. Mərasimdə, həmçinin David Quetta, EJAE və "Megan Thee Stallion" iştirak edəcəklər. Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər