İdman
Messi Argentina yığmasının tarixində yeni rekord müəyyənləşdirdi - VİDEO
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi yığmanın tarixində qol vuran ən yaşlı futbolçu olub. Oxu.Az bu barədə "Ole" nəşrinə istinadən xəbər verir.
Messi İslandiyaya qarşı keçirilən yoldaşlıq oyununda (3:0) fərqlənib. "İnter Mayami"nin forvardı oyuna sonradan daxil olaraq penaltini dəqiq yerinə yetirib. Qol vurduğu anda Messi 38 yaş 350 günlüyündə olub. O, 1957-ci ildən bəri rekordu əlində saxlayan Anxel Labrunanın nailiyyətini geridə qoyub. Labruna 38 yaş 282 günlüyündə "Marakana" stadionunda Braziliyanın qapısına qol vurmuşdu (2:1).

Mənbə
oxu.az