İdman
"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb
"Şəfa" klubu daha üç futbolçusu ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Şəfa" FK məlumat yayıb. Müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin başa çatan müqavilələrinin müddəti uzadılmayıb. Xatırladaq ki, Bakı klubu daha əvvəl qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla vidalaşıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər