İdman
"Karvan-Yevlax" iki müdafiəçisi ilə yollarını ayırdı - FOTO
"Karvan-Yevlax" klubu iki futbolçusu ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Klub sol cinah müdafiəçisi Moise Nqvisani və mərkəz müdafiəçisi Olavale Doyeni ilə olan müqaviləsini uzatmayıb. Xatırladaq ki, Olavale "Karvan-Yevlax"ın heyətində 24 oyun keçirib və iki qol vurub. Moise Nqvisani isə 29 oyunda meydana çıxıb və iki asistlə yadda qalıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az