İdman

"Qəbələ" klubu aparıcı yarımmüdafiəçisi ilə yollarını ayırdı - FOTO

10 Jun 2026, 14:20 1 baxış
"Qəbələ" klubu aparıcı yarımmüdafiəçisi ilə yollarını ayırdı - FOTO
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Qeyd edək ki, 2025-ci ilin yayından komandada çıxış edən Kot-d'İvuardan olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
"Qəbələ" klubu aparıcı yarımmüdafiəçisi ilə yollarını ayırdı - FOTO "Qəbələ" klubu aparıcı yarımmüdafiəçisi ilə yollarını ayırdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər