İdman

Emiliano Martines İtaliya nəhənginə keçir

10 Jun 2026, 14:36 1 baxış
Emiliano Martines İtaliya nəhənginə keçir
"Aston Villa"nın və Argentina milli komandasının qapıçısı Emiliano Martines tezliklə "Yuventus"un oyunçusu ola bilər. Tərəflərin artıq üçillik müqavilə şərtləri üzrə tam razılığa gəldiyi bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Canluka di Marsio məlumat paylaşıb. Diqqətçəkən məqam odur ki, futbolçu bu keçidin reallaşması üçün maliyyə güzəştinə gedib. O, "Aston Villa"da qazandığı məbləğlə müqayisədə yeni klubunda daha aşağı maaşla oynamağa razılıq verib. Xatırladaq ki, 33 yaşlı Martines Argentina yığmasının heyətində 2022-ci ilin dünya çempionudur. Eyni zamanda, o, başa çatan mövsümdə Avropa Liqasının qalibi adını qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər